Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qapını açın: atletlərin yoxlanmasına dair sərt protokol ən azı bir ay çəkəcək

© AFP 2023 / FRANCK FIFEПробирки с пробами в антидопинговой лаборатории
Пробирки с пробами в антидопинговой лаборатории - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli koronavirus pandemiyası şəraitində dopinq testlərinin necə həyata keçirildiyini açıqlayıb.

 

BAKI, 30 aprel – Sputnik, Teymur Tuşiyev. Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan idmançılarından dopinq nümunələri götürülərkən ən azı bu il may ayının sonunadək sərt protokola əməl edəcək. Bununla yanaşı, idmançıları yoxlamadan keçirəcək dopinq zabitləri onların evlərini də ziyarət edə bilərlər. Bu barədə Sputnik Azərbaycan-a AMADA-nın direktoru Şəfəq Hüseynli məlumat verib.

Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Daha bir neçə idmançımız dopinq qurbanı oldu

Koronavirus pandemiyası yayıldıqdan və bu təhlükə ilə əlaqədar Azərbaycanda da xüsusi karantin rejimi tətbiq edildikdən sonra AMADA azərbaycanlı idmançılardan dopinq-testlərin götürülməsi ilə bağlı sərt fəaliyyət protokolu tətbiq edib. AMADA-nın dopinq-zabitləri bu protokol çərçivəsində testlərin götürülməsi üçün idmançını onun evində "ziyarət edə" bilərlər.

Bundan başqa, zabitlər mütləq idmançıların yanında tibbi maskalarda və əlcəklərdə olmalıdırlar. AMADA-nın direktoru qeyd edib ki, dopinq testlərinin götürülməsi zamanı sterillik və təhlükəsizlik tədbirləri çox yüksək səviyyədədir.

"Biz bu protokolu Dünya Antidopinq Agentliyinin tövsiyələrinə əməl edən xarici ölkələrdəki həmkarlarımızdan daha əvvəl tətbiq etmişik. Yeri gəlmişkən, mən bu tövsiyələrin bütün dünya üçün hazırlanmasında iştirak etmişəm", - deyə Hüseynli bildirib.

O bildirib ki, Azərbaycanda idmançılar arasında dopinq testlərinin götürülməsi ilə bağlı sərt protokol ən yaxşı halda may ayının sonuna qədər tətbiq ediləcək.

"Ən pis halda bu protokol iki ay müddətində qüvvədə qalacaq, lakin ümid edirik ki, artıq may ayının sonuna qədər ona ehtiyac olmayacaq. İndi heç kim koronavirus pandemiyası ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi barədə dəqiq proqnoz verə bilməz", - deyə Hüseynli vurğulayıb.

Bu günlərdə AMADA həmçinin Azərbaycan idmançıları üçün "COVİD-19 dövründə Antidopinq" mövzusunda vebinar keçirib. Vebinarda arzu edən hər kəs, eləcə də idmançı olmayanlar iştirak edə bilib.

"İdmançıların özlərinin atletlərin dopinq testindən keçirilib-keçirilməyəcəyi ilə maraqlanması bizi yaxşı mənada təəccübləndirdi. Onlar ehtiyat edirlər ki, bəziləri COVİD-19-la bağlı vəziyyətdən istifadə edərək dopinqə müraciət edə bilərlər. Bizim üçün çox qiymətlidir ki, idmançılar dopinq testinin zəruriliyini özləri başa düşürlər", - Hüseynli əlavə edib.

İdmançılar üçün vebinarların keçirilməsi praktikası davam edəcək və növbəti müzakirə mövzusu "Atletlərin hüquq və vəzifələri" olmalıdır.

Xəbər lenti
0