Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA AVRO-2020 ilə bağlı açıqlama yaydı

© Sputnik / Alexey Kudenko / Mediabanka keçidДевушка на велосипеде у канала Nyhavn в Копенгагене, Дания
Девушка на велосипеде у канала Nyhavn в Копенгагене, Дания - Sputnik Azərbaycan
Abunə olmaq
Qitə futbol qurumunun açıqlamasında qeyd olunub ki, matçların eyni şəhərlərdə əvvəlki təqvimlə keçirilməsi nəzərdə tutulub

BAKI, 27 aprel — Sputnik. UEFA AVRO-2020-ni əvvəlcədən müəyyənləşdirilmiş 12 şəhərdə keçirməyi planlaşdırır.

Футбольное поле и мяч - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin günlərindəki bu futbol həvəsi qalsa, dünya çempionu olarıq

Sputnik Azərbaycan xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagenin Avropa çempionatının oyunlarına ev sahibliyindən imtina etmək istəyi ilə bağlı xəbərə münasibət bildirən qitə futbol qurumunun açıqlamasında qeyd olunub ki, matçların eyni şəhərlərdə əvvəlki təqvimlə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, UEFA martın 17-də koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin növbəti ilə təxirə salınmasına qərar verib. Turnir 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Yerli təşkilat komitələri oyunlara ev sahibliyi etməklə bağlı aprelin 30-dək quruma təminat göndərməlidirlər.

Artıq AFFA turnirin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək.

Xəbər lenti
0