10:07 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
10 0 0

Daily Mail-in yazdığına görə, futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayı azaldıla bilər

BAKI, 9 aprel — Sputnik. Futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayı azaldıla bilər. Bunu Daily Mail yazıb.

Qəzet iddia edir ki, UEFA gələn ilin yayına keçirilmiş Avropa çempionatının formatının dəyişdirilməsi ilə bağlı danışıqlara başlayıb. Bu, qurumun oyunları qəbul edəcək şəhərlərin əksəriyyətinin artıq oyunları keçirmək istəməyəcəyindən ehtiyatlanması fonunda baş verib.

Bilbao və Roma koronavirus pandemiyasının nəticələri səbəbindən turnirin matçlarını qəbul etməyə hazır ola bilməyəcəklərinə dair şübhələrini artıq ifadə ediblər.

Bundan başqa, Avropa çempionatının oyunlarının keçirilməsi üçün seçilmiş bir sıra digər stadionlar artıq növbəti yay üçün bron ediliblər, bu da onların əlçatanlığına təsir göstərə bilər.

UEFA AVRO-2020-nin oyunlarının təxirə salınmadığını və turnirin planlaşdırılmış formatda keçiriləcəyini bəyan etsə də, təşkilatın mövqeyi dəyişməyə başlayıb. Nəşrin yazdığına görə, UEFA rəhbəri Aleksander Çeferin turnirin keçirilməsi üzrə Ümumavropa formatından heç vaxt məmnun olmayıb. Odur ki, pandemiya səbəbindən maddi-texniki xarakterli potensial problemləri nəzərə alaraq, AVRO matçlarına ev sahibliyi edəcək şəhərlərin sayı azaldıla bilər.

"AVRO-2020-nin 11 iyun-11 iyul 2021-ci il tarixləri arasında eyni cədvəl üzrə və eyni şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Lakin bu mərhələdə matçların cədvəli rəsmi olaraq təsdiqlənməyib. UEFA bu məsələ ilə bağlı oyunların keçiriləcəyi on iki şəhərlə əlaqə saxlayır və sonrakı elanlar müvafiq vaxtda veriləcək", - deyə UEFA-nın mətbuat xidməti Daily Mail-ə bildirib.

UEFA martın 17-də koronavirusla bağlı yaranmış vəziyyətə görə AVRO-2020-nin oyunlarının 2021-ci ilin yayına keçirilməsi barədə qərar qəbul edib. Futbol üzrə Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçirilməli idi.

Əsas mövzular