Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

eAVRO-2020 finalının 10 iştirakçısı müəyyənləşib

© Powered by UEFA.comE-EURO
E-EURO - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupların 10 qalibi final mərhələsinə birbaşa vəsiqə qazanıb. İkinci yerləri tutmuş komandalar pley-offda oynayacaqlar.

BAKI, 2 aprel — Sputnik. AVRO-2020. eAVRO-2020 təsnifatının birinci mərhələsi başa çatıb. Yığma komandaların ən böyük kiberfutbol turnirində UEFA-nın bütün 55 milli assosiasiyalarını təmsil edən komandalar iştirak edir.

Futbolun Avropanın əksər hissəsində fasiləyə getdiyi bir vaxtda azarkeşlər UEFA-nın rəsmi "YouTube" kanalında yayımlanan eAVRO-2020 onlayn turnirini izləyə biliblər.

Qrup mərhələsi bazar ertəsi başa çatıb. Onun nəticələrinə görə, öz qruplarında birinci yerləri tutmuş 10 komanda yarışların həlledici mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsinə çıxanlar:

Bosniya və Herseqovina

Almaniya

Ассоциация футбольных федераций Азербайджана - Sputnik Azərbaycan
İDMAN
AFFA müxtəlif ssenarilər hazırlayır

Yunanıstan

İsrail

İtaliya

Lüksemburq

Niderland

Rumıniya

Serbiya

Fransa

Qalan altı vəsiqə uğrunda qrup mərhələsində ikinci yerləri tutmuş 10 komanda oynayacaq. Onlar üçün aprelin 20-də və 27-də ikigünlük pley-off turniri keçiriləcək. Komandalar beş-beş olmaqla iki qrupa bölünüblər və hər bir rəqiblə "evdə" və "səfərdə" iki matç keçirəcəklər (təkbətək rejimdə). Qalib ümumi hesab üzrə müəyyən edilir. Hər bir qrupun 3 güclü komandası final mərhələsinə vəsiqə qazanacaq.

Pley-offa çıxan komandalar

Qrup 1: Avstriya, Portuqaliya, Finlandiya, Monteneqro, Xorvatiya

Qrup 2: Danimarka, İspaniya, Qazaxıstan, Litva, Türkiyə

16 ən yaxşı kiberfutbol komandasının iştirak etdiyi final turniri mayın 23-24-də baş tutacaq. Bir qədər öncə finalın AVRO-2020-nin həlledici görüşü ərəfəsində Londonda keçirilməsi planlaşdırılırdı, lakin epidemioloji durum və Avropa çempionatının 2021-ci ilə təxirə salınması ilə əlaqədar olaraq kiberturnirin onlayn keçirilməsi qərara alınıb.

© Powered by UEFA.comE-EURO
eAVRO-2020 finalının 10 iştirakçısı müəyyənləşib - Sputnik Azərbaycan
E-EURO

Matçların cədvəli

Pley-off turu

20 aprel: 1-ci oyun günü

27 aprel: 2-ci oyun günü

Final mərhələsi

23 və 24 may (16 komandanın iştirakı ilə)

Bütün oyunlar matç günlərində Mərkəzi Avropa vaxtı ilə saat 17:15-dən başlayaraq UEFA-nın rəsmi "YouTube" kanalında göstəriləcək.

Final turniri necə keçiriləcək?

16 ölkə dörd kvartetə bölünəcək. Hər qrupdan iki güclü komanda dörddəbir finala çıxacaq. Qrup mərhələsinin görüşləri iki-ikiyə formatda bir qələbə üçün keçiriləcək.

Pley-off mərhələsində rəqiblər həm təkbətək, həm də iki-ikiyə formatda iki qələbə üçün mübarizə aparacaqlar. İstisna finaldır. Burada mübarizə üç qələbə üçün gedəcək.

Mükafatlar nədir?

Mükafat fondu 100 min dollar təşkil edir və dörddəbir finalçılar arasında bölünəcək. Qaliblər 40 min dollar və Avropa çempionatının finalına biletlər qazanacaqlar.

Xəbər lenti
0