CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çingiz Hüseynzadə: "Tezliklə həyat özünün normal axarına dönəcək"

© Sputnik / Murad OrujovВице-президент НОК Чингиз Гусейнзаде
Вице-президент НОК Чингиз Гусейнзаде - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir"

BAKI, 25 mart - Sputnik. “Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır”.  

Sputnik Azərbaycan bildirir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK rəsmisi koronavirus pandemiyası səbəbindən Tokio-2020 Yay Olimpiya və Parlimpiya Oyunlarının növbəti – 2021-ci ilə keçirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, 1 illik təxirə salınma milli komandamızı ruhdan salmamalıdır: “Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın Oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə Beynəlxalq Olimpiya Komitəsinin bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha inamla davam etdirmələrinə mane olmayacaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. 

Человек на фоне олимпийской символики в Токио, фото из архива  - Sputnik Azərbaycan
İDMAN
Tokio Olimpiadası ilə bağlı maraqlı qərar
Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir”. 

MOK-un mətbuat xidmətinə danışan vitse-prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir. 

O vurğulayıb ki, atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti və Olimpiya Hərəkatının təbliği, lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyəti davam etdirəcəklər: “Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcək”. 

Xəbər lenti
0