Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio Olimpiadası ilə bağlı maraqlı qərar

© REUTERS / Edgard GarridoЧеловек на фоне олимпийской символики в Токио, фото из архива
Человек на фоне олимпийской символики в Токио, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Tokiodakı Olimpiya Oyunlarının vaxtı dəyişdirilsə də, adı dəyişməyəcək. Olimpiya məşəli də Yaponiyada qalacaq

BAKI, 24 mart — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin başçısı Tomas Bax və Yaponiyanın Baş naziri Sindzo Abe Tokio Yay Olimpiya Oyujnlarının 2021-ci ilə keçirilməsi barədə razılığa gəliblər.

"Hazırki şəraitdə və bu gün ÜST-ün təqdim etdiyi məlumat əsasında BOK prezidenti və Yaponiyanın Baş naziri Tokio Yay Olimpiya Oyunlarının 2020-ci ildən sonra, amma 2021-ci ilin yayından gec olmayaraq, keçirilməsi barədə qərara gəliblər. Bu, Olimpiya Oyunlarının bütün iştirakçılarının, idmançıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq məqsədi daşıyır", - Sputnik Azərbaycan bildirir ki, BOK-un rəsmi saytında yer alan məlumatda deyilir.

Bununla yanaşı, Olimpiya məşəli Yaponiyada saxlanacaq, oyunların adı da dəyişməyəcək - "Tokio-2020" qalacaq.

"Rəhbərlər razılığa gəldilər ki, Tokiodakı Olimpiya oyunları bu narahat dövrdə ümid mayakı, Olimpiya məşəli isə dünyanın hazırda olduğu qaranlıq tunelin sonundakı işıq ola bilər", - BOK-dan bildirilib.

Bundan əvvəl Abe Baxa müraciət edərək Olimpiadanın vaxtının dəyişdirilməsini istəyib və qeyd edib ki, Olimpiadanın ləğvindən söhbət getmir. Bax cavabında deyib ki, "100 faiz razıdır". 

Yay Olimpiya Oyunları Tokioda iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb. Son məlumatlara görə, dünyada bu virusa yoluxanların sayı 330 mindən çoxdur, ölənlərin sayı isə 14,5 mini ötüb.

Xəbər lenti
0