19:41 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
6501

"Qalatasaray"ın bir çox oyunçusu sevimli məşqçilərinə sosial şəbəkə üzərindən ürək-dirək verərək tezliklə sağalmasını diləyib

BAKI, 24 mart — Sputnik. Türkiyənin dörd böyük klubundan biri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Terim özünün Twitter səhifəsində bildirib.

​"Bu gün verdiyim koronavirus testinin nəticəsi müsbət çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşərik", - Terim yazıb.

"Qalatasaray"ın bir çox oyunçusu sevimli məşqçilərinə  sosial şəbəkə üzərindən ürək-dirək verərək tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Türkiyədə son sutka ərzində virusa yoluxanların sayı 1256-dan 1549-a, ölənlərin sayı isə 30-da 37-yə qalxıb. Ölkənin Səhiyyə naziri Fahretdin Kocanın bildirdiyinə görə, bu gün 3672 test edilib, onlardan 293-nün nəticəsi müsbət olub.

Əsas mövzular