01:13 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
19210

"Bu, COVID-19 qlobal pandemiyası ilə birbaşa əlaqəlidir və aidiyəti orqanlar tərəfindən bizə təqdim olunmuş mütəxəssis rəyləri əsasında qəbul olunub"

BAKI, 23 mart — Sputnik. İyunun 5-7-də keçirilməsi planlaşdırılan "Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat "Formula-1"-in rəsmi saytında yer alıb.

Məlumata görə, Azərbaycan Qran-prisi 2020-ci il mövsümü üçün təxirə salınan sonuncu yarışdır. Bazar ertəsi Bakı şəhər halqasından bildirilib ki, bu qərar "Formula-1", FİA və Azərbaycan Respublikasının hökuməti ilə razılaşdırıldıqdan sonra verilib.

"Bu, COVID-19 qlobal pandemiyası ilə birbaşa əlaqəlidir və aidiyəti orqanlar tərəfindən bizə təqdim olunmuş mütəxəssis rəyləri əsasında qəbul olunub", - məlumatda deyilir.

Azərbaycan Qran-prisi cari il üzrə  təxirə salınan 8-ci yarışdır. Bundan əvvəl Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Priləri təxirə düşüb. 

Əsas mövzular