Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-dan klublara inanılmaz güzəşt

© AFP 2023 / FRANCK FIFEМяч УЕФА Лиги Чемпионов
Мяч УЕФА Лиги Чемпионов - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.

BAKI, 22 mart — Sputnik. Koronavius pandemiyasının yayılması səbəbindən Avropa ölkələrində milli çempionatların dayandırılması ilə zərər görən klublara UEFA yardım əlini uzadıb.

Sputnik Azərbaycan apasport.az saytına istinadla xəbər verir ki, qitə futbol qurumu bəzi maliyyə məsələlərində klublara verilən vaxtı uzatmaq qərarına gəlib.

UEFA onlara maddi problemdən qurtulmaq üçün güzəşt edib. Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.

Xəbər lenti
0