12:19 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
16 0 0

Paytaxt təmsilçisi fransalı mütəxəssisi vəzifəsində saxlayacaq. İndidən növbəti mövsümün planlarını cızmağa başlayan “Real” rəhbərliyi nəticələrdən asılı olmayaraq baş məşqçisini dəyişməyəcək.

BAKI, 20 mart – Sputnik. İspaniyanın “Real” klubunun növbəti mövsüm üçün baş məşqçisi məsələsinə aydınlıq gəlib.

Sputnik Azərbaycan “Marca”ya istinadla xəbər verir ki, Madrid klubunun rəhbərliyi indiki çalışdırıcı Zinəddin Zidanla bağlı qərar verib.

Paytaxt təmsilçisi fransalı mütəxəssisi vəzifəsində saxlayacaq. İndidən növbəti mövsümün planlarını cızmağa başlayan “Real” rəhbərliyi nəticələrdən asılı olmayaraq baş məşqçisini dəyişməyəcək.

Qeyd edək ki, koronavirus pandemiaysı üzündən mövsümün dayandırılmasına qədər Zidanın durumu ürəkaçan deyildi. Mövsümün titulsuz başa vurulacağı halda onunla yolların ayrılacağı gözlənilirdi. Hətta klub rəhbərliyi Maurisio Poçettinonun namizədliyini də götür-qoy edirdi. Lakin mövsümün dayanması ispaniyalıları indidən qərar verməyə məcbur edib.

Əsas mövzular