07:02 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
4410

Gənclər və İdman Nazirliyi bütün milli yarışları təxirə salıb, eləcə də karate üzrə Avropa çempionatının, cüdo üzrə "Böyük Dəbilqə" və "Formula-1" yarışlarının təxirə salınması məsələsini nəzərdən keçirir

BAKI, 13 mart — Sputnik, Teymur Tuşiyev. Azərbaycanda iyunun 5-7-də keçirilməsi nəzərdə tutulan "Formula 1" yarışının Bakı mərhələsi təxirə düşə bilər.

Sputnik Azərbaycan-a bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakıda bir sıra iri yarışların - "Formula-1" Azərbaycan Qran-Prisi, eləcə də martın 25-29-u keçirilməsi nəzərdə tutulan karate üzrə Avropa çempionatının, mayın 8-10-u üçün nəzərdə tutulan cüdo üzrə "Böyük Dəbilqə"nin təəxirə salınması məsələsi nəzərdən keçirilir.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin nəzdində olan idman qurğularının, olimpiya komplekslərinin və idman seksiyalarının fəaliyyətinin dayandırılacağı bildirilir. Eləcə də, Nazirlikdən Azərbaycanda idmanın bütün növləri və yaş kateqoriyaları üzrə çempionatların dayandırıldığını bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ən son göstəricilərə görə, virus dünyada 127 ölkədə qeydə alınıb. Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda indiyə qədər kononavirusa 19 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü sağalaraq evə buraxılıb, biri isə ötən gün vəfat edib. 500 nəfər isə karantindədir.

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1323
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1998
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1062