Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ən baxılan əyləncə də koronavirusa "qurban getdi"

© AP Photo / Matt SlocumБолельщики во время матча НБА между ««Филадельфией Севенти Сиксерс» и «Детройт Пистонс»
Болельщики во время матча НБА между ««Филадельфией Севенти Сиксерс» и «Детройт Пистонс» - Sputnik Azərbaycan
Abunə olmaq
Çərşənbə günü "Oklahoma Siti Sander" və "Yuta Caz" klubları arasında matç təxirə salınıb. Buna Rudi Qoberin koronavirus testinin müsbət nəticə verməsi səbəb olub

BAKI, 12 mart — Sputnik. ABŞ-ın Milli Basketbol Assosiasiyası (NBA) "Yuta Caz" klubunun fransalı oyunçusu Rudi Qoberin koronavirusa yoluxması ilə əlaqədar olaraq müntəzəm mövsümü dayandırıb. Sputnik Azərbaycan bildirir ki, bu bərədə məlumatı "CBS Sports" yayıb. 

Çərşənbə günü "Oklahoma Siti Sander" və "Yuta Caz" klubları arasında matç təxirə salınıb. Buna Qoberin koronavirus testinin müsbət nəticə verməsi səbəb olub.

"Oklahoma Siti Sander"in basketbolçuları koronavirus müayinəsindən keçməyiblər və onlara Oklahoma-Sitidəki arenanı tərk etməyə icazə verilib. Lakin "Yuta"nın oyunçuları binanın içərisində qalıblar. Qeyd edilir ki, bir qrup insan idmançıların analizlərini almaq üçün arenaya daxil olub.

Bir qədər öncə Birləşmiş Ştatlar Prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Böyük Britaniya istisna olmaqla, Avropa ölkələrindən Amerikaya girişi qadağan edib. 30 günlük qadağa martın 13-ü gecə yarısından tətbiq olunacaq.

Cons Hopkins Universitetinin (Johns Hopkins University) bu səhərə olan məlumatına görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68 266 nəfər sağalıb.

Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb.

Xəbər lenti
0