09:43 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2720

Mətbuat konfransına da Ə.Yanalın əvəzinə qatılan Volkan Kazak heç bir suala cavab verməyəcəyini bildirib

BAKI, 24 fevral — Sputnik. Türkiyə Superliqasında "Qalatasaray"la oyundan sonra "Fənərbağça" klubunun baş məşqçisi Ərsun Yanal şəxsi avtomobili ilə evinə gedib.

Sputnik Azərbaycan "Anadolu"ya istinadən bildirir ki, oyundan iki saat sonra "Ülker" stadionunu tərk edən Yanalı idarə heyətinin üzvü Səlahəddin Bakı ötürüb.

Bundan sonra jurnalistlərin Yanalın köməkçisi Volkan Kazaka yönləndirdikləri "Yanal istefa etdimi?" sualına cavab olaraq bu xəbərlərin doğru olmadığını deyib.

Habertürk-ün məlumatına görə, mətbuat konfransına da Ə.Yanalın əvəzinə qatılan V.Kazak heç bir suala cavab verməyəcəyini bildirib. "Mənim verəcəyim cavablar sizi qane etməyəcək, onlara 1-2 günə Ərsun Yanal özü cavab verər", - V.Kazak deyib.

​Fevralın 23-də Kadıköydə "Qalatasaray" 21 il sonra ev sahibi "Fənərbağça"nı 1:3 hesabı ilə məğlub edə bilib.

Oyunda qolları: Kruse (21` pen.) (Fənərbağça), Donk (40`), Falkao (80` pen.), Onyekuru (90+7`) (Qalatasaray) vurublar.

Ərsun Yanal (66`), Deniz Türüç (84`) (Fənərbağça), Belhanda (84`) (Qalatasaray) isə qırmızı vərəqə alıblar.

"Fənərbağça" hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. "Qalatasaray" isə 45 xalla ikinci pillədədir.

Əlaqədar

Millimiz yeddi qol "yedi"
Banan yeyib qol vurdu - VİDEO
Kristian Karambe: hər Avropa çempionatı xüsusidir
Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO
Çində qalan ukraynalıları futbol klubu çıxaracaq

Əsas mövzular