15:44 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
15920

İyirmi bir ildən sonra gələn məğlubiyyətə görə klub rəhbərliyi toplanıb. Baş məşqçi Ərsun Yanal istefa verib

BAKI, 23 fevral — Sputnik. Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ərsun Yanal istefa edib.

Sputnik Azərbaycan IHA-ya istinadən bildirir ki, buna səbəb bu axşam Kadıköydə oynanan matçda ev sahibinin uduzması olub.

"Qalatasaray"la qarşılaşan "Fənərbağça" 1:3 hesablı məğlubiyyətə üzülüb. "Sözcü" yazır ki, iyirmi bir ildən sonra gələn məğlubiyyətə görə klub rəhbərliyi toplanıb. Ərsun Yanal istefa verib. Oyunda da qırmızı vərəqə alan Ə.Yanal hətta matçdan sonra mətbuat konfransına da gəlməyəcəyini bildirib.

Oyunda qolları: Kruse (21` pen.) (Fənərbağça), Donk (40`), Falkao (80` pen.), Onyekuru (90+7`) (Qalatasaray) vurublar.

Qalatasaray Fənərbaxça oyunu
© REUTERS / MURAD SEZER
Fenerbahçe - Galatasaray oyunu

Ərsun Yanal (66`), Deniz Türüç (84`) (Fənərbağça), Belhanda (84`) (Qalatasaray) isə qırmızı vərəqə alıblar.

"Fənərbağça" hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. "Qalatasaray" isə 45 xalla ikinci pillədədir.

Əlaqədar

Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO
Millimiz yeddi qol "yedi"
Çempionlar Liqasında həftənin rəmzi komandası
Baş məşqçi futbolçuya sillə vurdu, meydandan qovuldu
Kuryoz hadisə: Zidan təpik yedi - VİDEO

Əsas mövzular