CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millimizin ulduzu Avropa meydanında

© © Instagram / renat_dadaФорвард сборной Азербайджана Ренат Дадашов, фото из архива
Форвард сборной Азербайджана Ренат Дадашов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Renat Dadaşov "Vulverhempton"un U-23 komandasında çıxış edir. Hücumçunun bu gün əsas komandanın heyətində "Espanyol"la Avroliqa matçında debüt edəcəyi gözlənilir

BAKI, 20 fevral — Sputnik. İngiltərənin "Vulverhempton" klubunda çıxış edən millimizin üzvü Renat Dadaşov yeni sponsorluq müqaviləsi imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özünün "Instagram" hesabında məlumat yayıb. O, "Adidas" şirkəti ilə 3 illik müqavilə bağlayıb.

Yeri gəlmişkən, bildirək ki, Renat Dadaşov "Vulverhempton"un U-23 komandasında çıxış edir. Hücumçunun bu gün əsas komandanın heyətində "Espanyol"la Avroliqa matçında debüt edəcəyi gözlənilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Renat Dadashov (@renat_dada)

Qeyd edək ki, Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Valideynlərinin hər ikisi azərbaycanlıdır. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür.

 

Xəbər lenti
0