03:00 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
6 0 0

Elxan Məmmədov: "Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir".

BAKI, 13 fevral — Sputnik. Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "Azərbaycan Radio"suna müsahibəsində bildirib. O, bununla bağlı konkret qərar verildiyini deyib: "İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22, ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil".

Qeyd edək ki, ikinci milli komandanın yaradılması təşəbbüsü ilk dəfə yanvarın 28-də, konfransda səslənib. Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun verdiyi bu ideya mətbuatda və ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Əsas mövzular