06:27 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
12 0 0

Eldəniz Əzizli və İslam Abbasov bürünc medal, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov isə qızıl medal qazanıblar

BAKI, 12 fevral — Sputnik. Romada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üç medal qazanıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunlardan biri qızıl, ikisi isə bürünc medaldır.

55 kq çəki dərəcəsində yer alan qitə və dünya çempionu Eldəniz Əzizli 3-cü yer uğrunda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl təmiz qələbə ilə yenib - 9:0. Bu qalibiyyət üçün Əzizliyə 1 dəqiqə 6 saniyə lazım gəlib.

Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, ilk görüşündə Ermənistan təmsilçisi Rudik Mrktçyanı məğlub edib - 7:1. Növbəti görüşündə isə azərbaycanlı pəhləvan Bolqarıstandan olan Edmond Armen Nazaryana uduzub - 5:7.

87 kq çəki dərəcəsində yer alan 24 yaşlı İslam Abbasov da bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Azərbaycanlı Rusiyada cüdo üzrə çempionu öldürdü

Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.

Azərbaycana qızıl medalı 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qazandırıb. O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

Süleymanov mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanı 5:3, 1/8 finalda italiyalı Matteo Maffetsolini 7:0, 1/4 finalda yunanıstanlı Georgios Prevolarakisi 6:4 (tuşe) və yarımfinalda ermənistanlı Karapen Çalyanı 3:0 hesabı ilə yenib.

Əsas mövzular