05:41 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
15 0 0

O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.

BAKI, 12 fevral — Sputnik. Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente" arasında keçirilən matçda maraqlı hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, "Rasinq"in çilili yarımmüdafiəçisi Marselo Dias qarşılaşmanın fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib. Maraqlıdır ki, futbolçu görüşdə yeganə qolun müəllifi olub. O, görüşün 86-cı dəqiqəsində fərqlənib.

​Qeyd edək ki, 33 yaşlı Marselo Dias 2012-2017-ci illərdə Avropanın "Bazel", "Hamburq", "Selta" kimi klublarında top qovub.

Əsas mövzular