CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ"ın oyunçusu təəccübləndirdi: elə bir ölkəyə gedir ki...

© © Facebook / Qarabağ FKДани Кинтана, фото из архива
Дани Кинтана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

BAKI, 3 fevral — Sputnik. "Qarabağ" Dani Kintana ilə yolları ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda klubun rəsmi "Facebook" səhifəsində məlumat verilib. Paylaşılan videoda Ağdam klubunun bugünkü məşqində futbolçuların Danini atıb-tutduqları görünür.

"Qarabağ" Dani Kintananın klubdan ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. Məlumatda deyilir ki, Dani bu gün komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir - red.) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

Xəbər lenti
0