Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin qapıçısı klubundan ayrıldı, ortada səbəb var

© REUTERS / RADOVAN STOKLASAВратарь сборной Азербайджана Эмиль Балаев, фото из архива
Вратарь сборной Азербайджана Эмиль Балаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Emil Balayevin yeni klubu da müəyyən olunduğu iddia olunur. Belə ki, "Sabah" futbol klubu qapıçını heyətinə cəlb etdiyi deyilir.

BAKI, 1 fevral — Sputnik. Millimizin qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubundan ayrılıb. Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Рефери, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda keçirilən futbol oyununda hakim döyüldü

Ona sonrakı karyerasında uğurlar arzulanıb. Emil Balayevin yeni klubu da müəyyən olunduğu iddia olunur. Belə ki, "Sabah" futbol klubu qapıçını heyətinə cəlb etdiyi deyilir. Klub özü isə bu haqda heç bir rəsmi məlumat yaymayıb.

Qeyd edək ki, Emil Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb və öz qapısında 27 qol görüb.

Xatırladaq ki, Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.

Xəbər lenti
0