10:30 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
19 0 0

"Goal.com" nəşri də Panikonun klubunu dəyişə biləcəyini yazıb. Qeyd olunub ki, "transfer pəncərəsi"nin bağlanmasına çox az qalsa da, futbolçunun komandasını tərk etmək ehtimalı çoxdur

BAKI, 27 yanvar — Sputnik. "Qarabağ"ın italiyalı hücumçu Cüzeppe Paniko ilə maraqlanması haqda növbəti məlumat yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə nüfuzlu "Sky Sports" saytı belə iddia ilə çıxış edib. Ağdam təmsilçisinin 22 yaşlı forvard üçün onun klubu "Çittadella"ya təklif göndərdiyi bildirilib.

"Goal.com" nəşri də Panikonun klubunu dəyişə biləcəyini yazıb. Qeyd olunub ki, "transfer pəncərəsi"nin bağlanmasına çox az qalsa da, futbolçunun komandasını tərk etmək ehtimalı çoxdur. Hücumçuya təklif göndərən klublar arasında "Qarabağ"ın da olduğu bildirilib.

Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən B Seriyası təmsilçisi "Çittadella"da çıxış edir.

Əsas mövzular