10:18 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
20 0 0

Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə "13-cü Polo üzrə Avropa Çempionatı" 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində baş tutacaq.

BAKI, 27 yanvar — Sputnik. İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Atçılıq Federasiyasından məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən "Land of Fire" komandası Avropa tamaşaçılarına polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

© Equestrian Federation of Azerbaijan Republic
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda

25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası "St. Moritz" komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsilçimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançılarımızın şiddətli müqaviməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq "Land of Fire" komandası finala vəsiqə qazanıb.

Günün ikinci oyununda "Mazerati" komandası "Badrutt"s Palace Hotel" komandasına qalib gəlib.

Turnir proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən olunması üçün "Mazerati" və "Badrutt"s Palace Hotel" komandaları qarşılaşmışlar. Bu görüşdə "Mazerati" komandası öz rəqibindən üstün olub.

© Equestrian Federation of Azerbaijan Republic
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda

Ölkəmizi təmsil edən "Land of Fire" komandası final görüşündə turnirin ən güclü komandası sayılan "St. Moritz" komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə də təmsilçimiz turnirin ikincisi olub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu, ən yaxşı komandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

Qeyd olunmalıdır ki, Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə "13-cü Polo üzrə Avropa Çempionatı" 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində baş tutacaq.

Əsas mövzular