Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" ilin ilk transferini reallaşdırdı

© AFP 2023 / FADEL SENNAОвусу Квабена, фото из архива
Овусу Квабена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam təmsilçisi "Leqanes"dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb. Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

BAKI, 23 yanvar — Sputnik. "Qarabağ" La Liqa təmsilçisi "Leqanes"in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini rəsmən açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, klub rəsmi "Facebook" səhifəsi vasitəsilə qanalı hücumçunun Ağdam klubunun forması ilə şəklini paylaşıb və "Xoş gəldin, Ovusu!" sözlərini yazıb.

Ağdam təmsilçisi "Leqanes"dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb. Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.

Qeyd edək ki, sonuncu ölkə çempionu qış pəncərəsində ilk transferini reallaşdırıb.

Xəbər lenti
0