10:55 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
13 0 0

İngiltərə Premyer Liqası 3 milyard 235 milyon avro maaşla ilk sıradadır. İspaniya La Liqası 2-ci (2 milyard 20 milyon avro), Almaniya Bundesliqası isə 1 milyard 664 milyon avro maaşla 3-cüdür.

BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın miqdarı müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. Çempionat iştirakçısı olan 8 komanda futbolçulara ümumilikdə 17 milyon avro əmək haqqı ödəyib.

Bu isə hər klubun orta hesabla 2.1 milyon avro maaş verməsi deməkdir.

Azərbaycan Premyer Liqasının futbol klubları 2018-ci il ərzində ümumilikdə 27,2 milyon avro (təxminən 51,5 milyon manat) pul qazanıblar). Orta hesabla Azərbaycanın Premyer Liqasındakı səkkiz klubundan hər biri həmin il 3,4 milyon avro (6,5 milyon manat) qazanıb. Bu göstəriciyə görə Azərbaycanın premyer-liqası 55 Avropa ölkəsi arasında 28-ci yeri tutub.

Qeyd olunur ki, bu məbləğin 51%-i Azərbaycan klublarına sponsorlardan və reklamdan gəlib, 36%-i isə UEFA-dan gələn ödəmələr təşkil edir. Digər gəlirlər 11%, transferlər 2%, bilet satışından əldə edilən gəlirlər isə 1% olub.

Premyer Liqamız bu göstəricidə Avropada 30-cudur. İngiltərə Premyer Liqası 3 milyard 235 milyon avro maaşla ilk sıradadır. İspaniya La Liqası 2-ci (2 milyard 20 milyon avro), Almaniya Bundesliqası isə 1 milyard 664 milyon avro maaşla 3-cüdür.

Əsas mövzular