CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Premyer Liqada yeni rekordçu - Anrini geridə qoydu

© © Action Images via Reuters/Carl Recine Argentina yığmasının və "Mançester Siti" klubunun hücumçusu Serxio Aquero, arxiv şəkli
Argentina yığmasının və Mançester Siti klubunun hücumçusu Serxio Aquero, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Matçda het-trik edən futbolçu Premyer Liqa tarixində ən çox qol vuran legioner adını qazanıb. 31 yaşlı hücumçunun aktivində 176 qol var

BAKI, 13 yanvar — Sputnik. "Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Sputnik Azərbaycan xəbər verir ki, argentinalı hücumçunun rekordu Premyer Liqanın 22-ci turunda səfərdə "Aston Villa"nı 6:1 məğlub etdikləri görüşdə qeydə alınıb.

Matçda het-trik edən futbolçu Premyer Liqa tarixində ən çox qol vuran legioner adını qazanıb. 31 yaşlı hücumçunun aktivində 176 qol var. Bundan əvvəlki rekord isə fransız futbolçu Tyerri Anriyə məxsus idi. "Arsenal"ın sabiq hücumçusu Premyer Liqada 175 qol vurmuşdu.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən Aquero bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda rəqib qapıçıları 13 dəfə məyus edib.

Xəbər lenti
0