19:22 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
128910

"Qərara gəldim ki, belə bir futbol ənənəsi olan yerdə onu məhv olmağa qoymayım. Uşaqlar pis vərdişlərə aludə olmasınlar, sağlam böyüsünlər. Ona görə uşaqları ətrafıma toplayıb məşqlərə başladım"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Tovuz rayonu futbol ictimaiyyəti arasında "Azərbaycanın Braziliyası" kimi tanınır. Sözügedən rayonda yetişən futbolçular həmişə ölkədaxili, milli və xarici çempionatlarda çoxluq təşkil ediblər. Bunun bir səbəbi rayonun futbol keçmişilə, digəri isə özünü futbola həsr edən insanların fədakar əməyi ilə bağlıdır. Belə insanlardan biri də rayonun Qədirli kənd məktəbinin idman müəllimi 60 yaşlı Akif Böyükkişiyevdir.

A.Böyükkişiyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra özünü təmənnasız olaraq yeniyetmə futbolçuların yetişməsinə həsr edib. Bu işdə məqsədi doğma kəndində istedadlı uşaqları üzə çıxarmaq, onların diqqətlərini idmana yönəltməklə zərərli vərdişlərdən uzaq tutmaq olub.

  • Azərbaycanın Braziliyası
    © Sputnik / Ilham Mustafa
  • Azərbaycanın Braziliyası
    © Sputnik / Ilham Mustafa
  • Azərbaycanın Braziliyası
    © Sputnik / Ilham Mustafa
  • Azərbaycanın Braziliyası
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Azərbaycanın Braziliyası

Sputnik Azərbaycan-la söhbətində A.Böyükkişiyev Tovuz rayonunun "Azərbaycanın Braziliyası" olduğu kimi, keçmiş Xatınlı sovetliyinə daxil olan 4 kəndin - Xatınlı, Qədirli, Qaraxanlı və Cilovdarlı kəndlərinin də rayonun “Braziliyası” hesab edildiyini söyləyib: "Bizim kənd futbolla nəfəs alır. "Turan"ın bütün vaxtlarında heyətin azı 7 əsas oyunçusu Xatınlı sovetliyinin uşaqları olub. Hazırda bütün peşəkar klublarımızda bu kəndlərdən yetişən futbolçular oynayırlar. Mən də qərara gəldim ki, belə bir futbol ənənəsi olan yerdə onu məhv olmağa qoymayım. Uşaqlar pis vərdişlərə aludə olmasınlar, sağlam böyüsünlər. Ona görə uşaqları ətrafıma toplayıb məşqlərə başladım".

Hazırda 80-dən artıq yeniyetməylə işləyən həvəskar məşqçi onların inkişaf edərək ölkə futboluna öz töhfələrini verməsi arzusundadır. Bu istiqamətdə artıq yetirmələri bir sıra uğurlar qazanıb. AFFA-nın yeniyetmələr arasında təşkil etdiyi yarışlarda 4 yaş qrupunda iştirak edən tələbələri yüksək yerlər tutmağa nail olublar. On beş tələbəsi isə Tovuzda tezliklə fəaliyyətə başlayacaq Futbol Akademiyasında oynamaq üçün namizədlər sırasına salınıb.

Təbii ki, bu işlər əziyyətsiz başa gəlmir. Bunun bir səbəbi şəraitsizlik, digər səbəbi isə lazım olan avadanlıqların çatışmazlığıdır. Yay aylarında mütəmadi məşqlər keçən məşqçi qışda paltardəyişmə, yuyunma yerləri olmadığından uşaqları həftədə ən azı bir dəfə toplayaraq formadan düşməmələri üçün çalışdırır.

"Topsuz futbol olmaz" , - deyən məşqçi bununçün məktəbdən aldığı maaşın bir hissəsini top almaq üçün ayırııb. Köhnə furtbolçu və müəllim yoldaşlarının da ona top almaqda yardımçı olduqlarını söyləyir.

© Sputnik / Ilham Mustafa
Akif Böyükkişiyev
"Maddi-texniki bazamız çox zəifdir. Normalda ən azı 5 top olmalıdır ki, uşaqlar daha yaxşı məşq etsinlər. Bizdə isə yalnız iki top var. Formalarını isə 5 il əvvəl AFFA verib, hələ onları geyib oynayırlar. Düzdür, görülən işi alqışlayan çoxdur, amma hələ ki, istənilən şəraiti yaradan yoxdur", - deyə müəllim çətinliklərdən də söhbət açıb.

A.Böyükkişiyev yetirmələrinin gələcəkdə də düzgün istiqamətləndirilərsə, Azərbaycan futboluna böyük töhfələr verəcəklərinə əmindir.

Əlaqədar

Vəli Qasımov: “Bəzi futbolçular Azərbaycan yığmasında ürəklə oynamırlar”
İki milyon verib kimisə milliyə gətirməyin yeri yoxdur və ya bizə baş məqşçi lazımdırmı
Bir il ən bahalı azərbaycanlı oldu, indi isə yiyə duran yoxdur
Prosineçki ilə rəsmən danışıqlar aparılır – Meneceri təsdiq etdi
İdmanda ilin yekunları - Şahmatçılarımızın möhtəşəm çıxışı və...
Teqlər:
Tovuz, məşq, idman, uşaqlar, bölgə, futbol

Əsas mövzular