CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki sevda çəkənlərin cəzası var: futbolçu usta menecerləri mat qoydu

Abunə olmaq
İsveçrə klubu azad agent kimi heyətə cəlb edilən futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb. 15 dəqiqə sonra "Herakles" klubunun rəsmi tvitter səhifəsi futbolçunun bazadakı məşqindən foto yayımlayıb.

BAKI, 10 yanvar — Sputnik. Futbol tarixində qeyri-adi hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, 15 dəqiqə ərzində 2 klub eyni futbolçunun transferini açıqlayıb. Bu, "Marsel"in yetirməsi Rafidin Abdulladır. O, həm İspaniyanın aşağı liqa təmsilçisi "Herakles", həm də İsveçrənin 2-ci liqa klubu "Lozanna" ilə müqavilə bağlayıb.

İsveçrə klubu azad agent kimi heyətə cəlb edilən futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb. 15 dəqiqə sonra "Herakles" klubunun rəsmi tvitter səhifəsi futbolçunun bazadakı məşqindən foto yayımlayıb. Əgər futbolçunun hər iki klubla müqavilə bağlaması faktı təsdiqlənərsə, futbolçu və agentin diskvalifikasiya olunması qaçılmaz olacaq.

 

Xəbər lenti
0