Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadaya gedirik: Bir təmsilçimiz var, o da rusiyalı fiquristdir

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidЕкатерина Рябова (Азербайджан) на чемпионате Европы по фигурному катанию в Минске
Екатерина Рябова (Азербайджан) на чемпионате Европы по фигурному катанию в Минске - Sputnik Azərbaycan
Abunə olmaq
Yekaterina Ryabova Yeniyetmələrin III Qış Olimpiadasında Azərbaycanı təmsil edən yeganə idmançı olacaq və açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı vəzifəsini daşıyacaq.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Rusiyalı fiqurlu konkisürən Yekaterina Ryabova yanvarın 9-da Lozannada (İsveçrə) start götürəcək Yeniyetmələrin III Qış Olimpiadasının açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı olacaq. Bu barədə Sputnik Azərbaycan-a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Breyk-dansçı, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanlı breyk-dansçıların Olimpiada xəyalları

"O, Yeniyetmələrin Qış Olimpiadasında Azərbaycanı təmsil edən yeganə idmançı olacaq və açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı rolunu icra edəcək. Qış Oyunları çərçivəsində Ryabova yanvarın 11-də qısa proqramla çıxış edəcək, yanvarın 13-də isə sərbəst proqramla çıxış etməli olacaq", - MOK-dan bildirilib.

Qarşıdakı Oyunlarda Azərbaycan missiyasının rəhbəri MOK-un beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Bağırov olacaq. Yeri gəlmişkən, o, Tokioda keçiriləcək Yay Olimpiya Oyunları-2020-də də Azərbaycan missiyasının rəhbəri vəzifəsini icra edəcək.

Lozannaya gedən Azərbaycan Nümayəndə Heyətinə MOK-un vitse-prezidenti Çingiz Hüseynov rəhbərlik edəcək. Nümayəndə heyətinə MOK Baş Katibinin müavini Azər Əliyev, həmçinin Azərbaycanın Qış İdman Növləri Federasiyasının nümayəndəsi Rauf Xəlilov daxildir.

"Azərbaycanın ev sahibliyi etdiyi olimpiada indiyə qədərki yarışların ən yaxşısıdır"

Yeniyetmələrin Qış Olimpiya Oyunları 9-22 yanvar tarixlərində Lozannada keçiriləcək, orada 79 ölkədən 1872 atlet mübarizə aparacaq.

Azərbaycan tarixdə ilk dəfə Yeniyetmələrin Qış Olimpiadasında iştirak edəcək.

16 yaşlı rusiyalı fiqurlu konkisürən Yekaterina Ryabova Olimpiadada Azərbaycanı təmsil edən yeganə idmançı olacaq. Bir zamanlar Rusiya komandasında çıxış edən fiqurist ötən ildən Azərbaycanın şərəfini qoruyur. O, sonuncu dünya və Avropa çempionatında da ölkəmizi təmsil etmişdi.

Xəbər lenti
0