Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldu "üçüncü mərtəbə"dən qol vurdu - VİDEO

© REUTERS / MASSIMO PINCAКриштиану Роналду
Криштиану Роналду  - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqasında elə də uğurlu çıxış etməyən ulduz futbolçu İtaliya A seriyasında ardıcıl 5-ci oyundur ki, rəqib qapıçıları məyus edir

BAKI, 19 dekabr — Sputnik. "Yuventus"un futbolçusu Kriştianu Ronaldu A seriyasının 17-ci turunda "Sampdoriya" matçının (2:1) 45-ci dəqiqəsində vurduğu qolla diqqət çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, portuqaliyalı hücumçu qol zamanı 71 sm tullanıb və başla zərbə endirdiyi anda 2.56 sm yüksəklikdə olub. Çempionlar Liqasında elə də uğurlu çıxış etməyən ulduz futbolçu İtaliya A seriyasında ardıcıl 5-ci oyundur ki, rəqib qapıçıları məyus edir.

Qeyd edək ki, 17 oyundan sonra "Yuventus" 42 xalla İtaliya çempionatında liderdir. 14 qarşılaşmada forma geyinən Ronaldu rəqib qapısından 10 top keçirməyi bacarıb.

Xəbər lenti
0