CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə qədimi oyun üzrə yarışlar başladı - FOTO

© AZƏRTACŞəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb
Şəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
İlk görüşdə tamaşaçılar Şəki və "Qarabağ" komandaları arasında oyunu izləyiblər. Gərgin keçən qarşılaşmada Şəki rayonunun təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

BAKI, 16 dekabr — Sputnik. Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa ev sahibliyi edir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb. Sputnik Azərbaycan xəbər verir ki, oyunlar respublika ictimaiyyətində böyük marağa səbəb olmaqla, xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.

Dekabrın 13-də Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb.

© AZƏRTACŞəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb
Şəkidə qədimi oyun üzrə yarışlar başladı - FOTO - Sputnik Azərbaycan
Şəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda Şəki, Ağcabədi, Ağstafa və İsmayıllı Regional Mədəniyyət idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin "Buta", "Qala", "Qarabağ", "Köhlən", "Murad", "Omar", "Polad" və "Sərhədçi" komandaları mübarizə aparırlar.

Dekabrın 14-də Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub. Tədbirdə Mədəniyyət Nazirliyinin, Atçılıq Federasiyasının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, nazirliyin regional idarələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Vurğulanıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının çox böyük əhəmiyyəti var. Çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Sonra tamaşaçılar Şəki və "Qarabağ" komandaları arasında oyunu izləyiblər. Gərgin keçən qarşılaşmada Şəki rayonunun təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

© AZƏRTACŞəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb
Şəkidə qədimi oyun üzrə yarışlar başladı - FOTO - Sputnik Azərbaycan
Şəkidə milli çövkən oyunu üzrə yarışlar başlayıb

Bir gün əvvəl keçirilən qrup oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Omar" - "Murad" 5:1, "Polad" - "Qarabağ" 8:1, "Buta" - "Köhlən" 3:0, "Sərhədçi" - "Qala" 4:1.

Qeyd edək ki, qrup oyunları bu gün yekunlaşacaq. Oyunların yarımfinal və final qarşılaşmaları isə dekabrın 22-24-də Bakıda, Binə Atçılıq Mərkəzində keçiriləcək. Oyunun qaliblərinə Mədəniyyət Nazirliyinin diplomu və pul mükafatları təqdim ediləcək.

Xəbər lenti
0