CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişinin sözü bir olar: "Qarabağ" onu yaman xoşlayıb

© Facebook / Qarabağ FKИгроки ФК Карабах
Игроки ФК Карабах - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" ötən gün Lüksembruq təmsilçisi "Düdelanj"a qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi

BAKI, 13 dekabr — Sputnik. Avropa Liqasının qrup mərhələsinin VI turunda "Düdelanj"la qarşılaşan "Qarabağ" Azərbaycanın UEFA reytinqində xalını artırıb. Sputnik Azərbaycan xəbər verir ki, 1:1 hesablı heç-heçə nəticəsində Azərbaycan 0,250 xal əldə edib.

Bununla da cari mövsümün qazancı 3,375-ə yüksəlib. Nəticədə reytinqdəki sıramız əvvəlki kimi 26-cıdır. "Qarabağ" ötən gün Lüksemburq təmsilçisinə qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Qeyd edək ki, Avrokubok mövsümünü başa vuran ölkəmiz 18,875 xala malik Belarusu arxada qoyaraq 25-ci sıranı ələ keçirməyi bacarmayıb. Bunun üçün "Qarabağ"a qələbə vacib idi.

Xəbər lenti
0