Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-nın Türkiyə ilə bağlı qərarı bəlli oldu

© REUTERS / HUSEYIN ALDEMIRFutbol üzrə Türkiyə millisi, arxiv şəkli
Futbol üzrə Türkiyə millisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda və evdə Albaniya ilə görüşdə vurduqları qolları əsgər salamı ilə qeyd ediblər.

BAKI, 12 dekabr - Sputnik. UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunun üçün yığmaya hər hansı bir cəza tətbiq edilməyib.

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb. 

AVR0-2020-nin əsas mərhələsində A qrupunda yer alan komanda iki matçını Bakıda keçirəcək.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Xəbər lenti
0