Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa Liqası: “Qarabağ” heç nəyi həll etməyən son oyuna çıxır

© Photo : Facebook / Qarabağ FKФутболисты "Карабах"а благодарят болельщиков за поддержку, фото из архива
Футболисты Карабаха благодарят болельщиков за поддержку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün 24 qarşılaşma ilə Avropa Liqasının son turu oynanılacaq. Adını növbəti mərhələyə kim yazdıracaq?

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq. Sputnik Azərbaycan xəbər verir ki, bununla da 1/16 finala yüksələn bütün komandalar müəyyənləşəcək.

Çempionlar Liqası yeni topu - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqası: Kimlər davam, kimlər tamam

İlk olaraq təmsilçimiz "Qarabağ"ın da yer aldığı "A" qrupuna nəzər salaq. Artıq bir tur qalmış növbəti mərhələnin iştirakçıları bəllidir. "Ramon Sançes" stadionunda üz-üzə gələcək "Sevilya" və "APOEL" vəsiqəni təmin ediblər. Son tur öncəsi qrupdan çıxmaq şansını itirən təmsilçimiz "Qarabağ" Bakıda "Düdelanj"ı qəbul edəcək. Lüksemburq klubu da qrupda qaldığınıdan bu görüş hər iki komanda üçün formal xarakater daşıyır.

"B" qrupunda isə vəziyyət qəlizdir. Belə ki, "Kopenhagen", "Malmo" və Kiyev "Dinamo"su növbəti mərhələyə çıxmaq şanslarını hələ də saxlayır. Autsayder "Luqano" klubu ilə isə hər şey aydındır.

"C" qrupunda da vəziyyət eynidir. "Bazel", "Hetafe", "Krasnodar" hərəyə müvafiq olaraq 10, 9, 9 xal toplayıb. Qrupda evə yollanacaq komanda isə Türkiyənin "Trabzonspor" klubudur.

"D" qrupunda 12 xalla liderlik edən "Sportinq" klubu və 10 xalla ikinci yerdə gedən "Lask" vəsiqəni artıq təmin edib. "PSV" və "Rusenborq" klubları isə məyus olan tərəfdir. Son turda bu iki komanda arasında baş tutacaq oyun formaldır. Digər qarşılaşmada isə qrup lideri bəlli olacaq.

"E" qrupunda "Seltik" şəksiz liderdir. İkinci yerdə gedən "CFR Kluj"a isə növbəti mərhələ üçün bir xal bəs edir. Qrupun digər komandaları "Latsio" və "Renn" arasında görüş də çox maraqla gözlənilir. İtalyan təmsilçisi səfərdə qələbə qazanıb "CFR Kluj" un məğlubiyyətinə bel bağlayacaq.

"F" qrupunda "Arsenal", "Ayntraxt", "Standard" və "Vitoria" mübarizə aparırdı. Ardıcıl ilk 3 məğlubiyyətdən sonra Portuqaliya təmsilçisinin xəyalları suya düşdü. İngilislər son turda məğlub olsalar belə növbəti mərəhələdədirlər. İkinci yer uğrunda mübarizə isə almanlarla Belçika təmsilçisi arasında gedəcək.

"G" qrupunda dörd klubun hamısı şanslarını qoruyub. İndi hər şey "Reyncers" - Yanq Boys" və "Porto" - "Feyenord" qarşılaşmasının nəticəsindən asılıdır.

Нападающий испанской Севильи Хавьер Эрнандес и защитник Карабаха Рахиль Мамедов - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ” İspaniyadan məğlub qayıdır

"H" qrupunda "Espanyol" sona bir tur qalmış liderliyini təmin edib. İkinci və üçüncü yerlərin sahibi "Lüdoqorets" və "Ferentsvaroş" klubları arasında keçiriləcək görüşdə qalib gələn tərəf yola davam edəcək. "SSKA" isə növbəti mövsüm haqqında düşünə bilər.

"İ" qrupunda "Gent" və "Volfsburq" meydana ikinci heyətlə çıxa bilər. "Sent-Etyen" və "Aleksandriya" klubları isə şanslarını tam olaraq itirib.

"J" qrupunda "Borussiya" Mönxenqladbax – "Başakşəhər" "Roma" (İtaliya) – "Volfsberq" (Avstriya) qarşılaşmaları mühüm əhəmiyyət kəsb edir. Türklər səfərdə qələbə qazanıb sevinən tərəf olmağa çalışacaq. İtalyanların işi isə biraz asandır. Belə ki, "Volfsberq" üçün bu qarşılaşmanın heç bir mənası qalmayıb.

"L" qrupunda hər şey aydındır. "Mançester Yunayted" (İngiltərə) – "AZ Alkmar" (Niderland) qarşılaşması qrupun liderini bəlli edəcək. "Partizan" (Serbiya) – "Astana" (Qazaxıstan) qarşılaşmasının isə heç bir önəmi yoxdur.

Xəbər lenti
0