Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Klub qələbə qazandı - Baş məşqçi istefaya göndərildi

© REUTERS / Ciro De Luca"Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti
Napoli klubunun baş məşqçisi Karlo Ançelotti - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Karlo Ançelottinin əvəzinə namizədin adı da bəllidir. İtaliya mətbuatı yeni baş məşqçi vəzifəsinə Cennaro Qattuzonun gətiriləcəyini yazıb.

BAKI, 11 dekabr — Sputnik. "Napoli" baş məşqçisi Karlo Ançelotti ilə yolları ayırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Komandanın Çempionlar Liqasının son turunda "Genk"ə 4:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlməsinə baxmayaraq, klub rəhbərliyi A seriyasındakı uğursuzluq səbəbindən 60 yaşlı mütəxəssisi istefaya göndərib.

İtaliya mətbuatı yeni baş məşqçi vəzifəsinə Cennaro Qattuzonun gətiriləcəyini yazıb.

Qeyd edək ki, Ançelotti "Genk"lə oyundan sonra istefa verməyi düşünmədiyini açıqlamışdı.

Əlavə edək ki, "Napoli" ölkə çempionatında 7-ci pillədə qərarlaşıb.

Xəbər lenti
0