Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfsanələr fikirlərini dedilər: “Axmaq qərardır, lakin sonadək getmək lazımdır”

© AFP 2023 / FABRICE COFFRINIРоссийский флаг перед логотипом Международного олимпийского комитета
Российский флаг перед логотипом Международного олимпийского комитета - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya idmanının əfsanələri WADA-nın rusiyalıları Olimpiadadan kənarlaşdırmaq qərarı haqqında fikirlərini bölüşüblər.

“Tribunalara sakitlik düşür, Olimpiya Oyunları qurtardı...” İlk dəfə 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Lev Leşenkonun ifasında səslənmiş Aleksandra Paxmutovanın bu kədərli mahnısı bu gün istər-istəməz yenidən fikrimdə səsləndi.

Təəssüf ki, bütün Rusiya idman cəmiyyəti üçün bu gün həqiqətən də kədərli gün idi. Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya idmançılarını 4 il müddətinə Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırmaq qərarını verib. Təşkilat növbəti Olimpiya və Paralimpiya oyunlarına, habelə müxtəlif idman növləri üzrə dünya çempionatlarına Rusiyadan yalnız neytral statusda - bayraq və dövlət himni olmadan yarışacaq “təmiz” idmançıları buraxmağa qərar verib.

Bu normal deyil: dünya idman ulduzları rusiyalı idmançıların xeyrinə çıxış ediblər - Sputnik Azərbaycan
VİDEO
Bu normal deyil: dünya idman ulduzları rusiyalı idmançıların lehinə çıxış ediblər

Belə çıxır ki, Rusiya üçün Olimpiya Oyunları başlamadan da başa çatıb. Gələn il heç kim arenalarda Rusiya bayraqlarını görməyəcək, yüngül atletikada və ya komanda idmanında qazanılan zəfərlərdən sonra heç kim Rusiya himnini eşitməyəcək. Yəqin ki, bununla barışmaq lazımdır.

Bəs qonşu ölkələrdə və MDB məkanında tanınmış idmançıların beynəlxalq antidopinq təşkilatının bu qərarına münasibəti necə olub? Ətraflı Sputnik-in materialında.

Sovet Yunan-Roma güləşçisi, 1988-ci il Seul Olimpiyadasının qalibi və hazırda Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili Sputnik Gürcüstan-ın müxbirinin sualına cavab vermək üçün sanki bir neçə saniyə doğru sözləri axtarır. Çünki onun bu sözləri təkcə mətbuata deyil, həm də öz bayrağı və vətəni ilə açıq şəkildə qürur duymaq imkanından məhrum olmuş idmançılara ünvanlanacaq.

“Hələ ki, idmançılara nə deyəcəyimi bilmirəm. Aydındır ki, narahatlıq hissləri var idi, amma yenə də hər şeyin yaxşı olacağına dair ümid də var idi. Çünki biz əksər hallarda meyarlara və tapşırıqlara tam cavab verirdik. Bütün idman tariximiz hər hansı bir sistem pozuntusundan uzaq olduğumuzu göstərir. Bu tək, nadir bir hal idi”, - Mamiaşvili deyib.

Sovet güləşinin əfsanəsi WADA-nın Rusiya tərəfinin dopinqin profilaktikası istiqamətində apardığı gündəlik işə heç bir əhəmiyyət verməməsindən məyus olduğunu gizlətməyib.

"Dörd il əvvəl baş verənlərdən, prezidentin bəyanatından sonra sistem qırıldı. Dopinqin qarşısının alınması üçün misilsiz addımlar atıldı. Müxtəlif seminarlar keçirildi və hüquq-mühafizə orqanları işə qoşuldu. Söhbət gündəlik məşğul olduğumuz bütöv bir tədbirlər kompleksindən gedir. Təəssüf ki, heç kim bunu görmək istəmədi", - Mamiaşvili əlavə edib.

Здание Олимпийского комитета России в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiya şokda: Ölkə 4 il müddətinə böyük yarışlardan kənarlaşdırıldı

Mamiaşvilinin həmkarı, hazırda Rusiya Boks Federasiyasının Baş katibi, milliyətcə tacik olan Umar Kremlyov hadisəni sərt sözlərlə qiymətləndirib.

"Mənim fikrimcə, bu, əlbəttə ki, axmaq qərardır. Günahkar olan müəyyən insanlar var və ölkənin bura heç bir dəxli yoxdur. Çox səhv qərardır. Qərardan məhkəməyə şikayət etmək və haqlı olduğumuzu sübut etmək lazımdır", - Kremlyov bəyan edib.

Öz ölkəsinin bayrağı altında çıxış etmək imkanından məhrum olmuş idmançılar barədə danışan mütəxəssis onları ruhdan düşməməyə çağırıb.

"İdmançılara ruhdan düşməməyi və qabağa getməyi arzulayıram. Çünki onların bu işdə günahları yoxdur. Təmiz olan idmançılar iştirak etməlidirlər. Mən öz uşaqlarımla danışdım, dedilər ki, bayraqsız və himnsiz getməyəcəklər, yenə danışacağam", - Kremlyov əlavə edib.

Tbilisinin yetirməsi, sovet futbolçusu Quram Adcoyev WADA-nın qərarından sonra keçirdiyi hissləri ifadə etməyə söz tapmır.

"Təəssüf ki, deməyə bir söz də yoxdur. Buna heç bir ad vermək olmur. Çünki idmançı bütün ömrü boyu buna hazırlaşır və onu birdən-birə kənarlaşdırırlar. Bu böyük zərbədir, çox ağır haldır", - Adcoyev deyib.

Кубок чемпионов ЕВРО - Sputnik Azərbaycan
UEFA AVRO-ya münasibətdə WADA-nın izahatına uyğun hərəkət edəcək

Rusiya Xizək Yarışları Federasiyasının rəhbəri Yelena Vyalbe də hesab edir ki, ruhdan düşmək olmaz.

"Birmənalı olaraq ruhdan düşməməliyik. Sonadək getmək lazımdır. Bütün bunlara heç bir aidiyyatı olmayan idmançıların taleləri ilə belə oynamaq olmaz", - Vyalbe bəyan edib.

Rusiya Biatlonçular İttifaqının prezidenti, vaxtilə Belarusu təmsil etmiş Vladimri Draçov artıq gələcəyə baxır və "təmiz" idmançılar üçün növbəti Olimpiadalara buraxılış meyarlarını nəzərdən keçirir.

"Bizim biatlon üçün mənfi məlumatdır. Lakin burada baxmaq lazımdır ki, iştirak siyahıları necə formalaşacaq. Onlar hansısa qaydalar yazmalıdırlar. Bizim bu qaydaları başa düşməyimiz üçün. Bizim üçün bu ən əsasdır. Biz isə hazırlaşmalıyıq. Pxönçxandakı kimi alınmasın deyə", – Draçov bildirib.

WADA-nın qərarı 21 gündən sonra və yaxud İdman Arbitraj məhkəməsində apelyasiyaya baxılandan sonra qüvvəyə minəcək. İndi rusiyalı idmançıların taleyi onların peşəkar nailiyyətlərindən deyil, hüquqşünasların və idman yetkilillərinin mübarizəsindən asılı olacaq. Bunun isə, təəssüf ki, idmana aidiyyatı çox azdır.

Xəbər lenti
0