Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan və Ermənistan milliləri UEFA-nın Millətlər Liqasında eyni səbətə düşdülər

© AFP 2023 / PHILIPPE DESMAZESЖеребьевка Лиги Наций в штаб-квартире Европейской футбольной организации в Лозанне
Жеребьевка Лиги Наций в штаб-квартире Европейской футбольной организации в Лозанне - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA-nın İcraiyyə komitəsi Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak üçün Avropanın milli komandalarının seçiminin yeni sistemini təsdiq edib. Bu çempionata iki komanda Millətlər Liqasından qatıla bilər

BAKI, 5 dekabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan və Ermənistanın futbol üzrə milli komandaları UEFA-nın 2020/21-ci mövsümü Millətlər Liqasının "C" divizionunda püşkatmada eyni səbətdə yer alacaq.

Sputnik Azərbaycan bildirir ki, hər iki komanda dördüncü səbətdə, Qazaxıstan və Moldova milliləri ilə birgə qərarlaşıb. Bu isə o deməkdir ki, UEFA-nın Millətlər Liqasının "C" divizionunun qrup mərhələsində püşkatma zamanı bu komandalar müxtəlif qruplara düşəcəklər. 

UEFA-nın Millətlər Liqasının "C" divizionunun digər səbətləri aşağıdakı qaydada qruplaşıb:

Главный тренер сборной Турции Шенол Гюнеш - Sputnik Azərbaycan
Şenol Günəş Bakıya gəldi

Səbət 1: Yunanıstan, Albaniya, Çernoqoriya, Gürcüstan.

Səbət 2: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr.

Səbət 3: Estoniya, Sloveniya, Litva, Lüksemburq.

Dörd səbətdən hərəsində 4 komanda olan 4 qrup formalaşdırılacaq. Ən yaxşı dörd milli "B" divizionuna, ən pis nəticəli 4 komanda isə "D" divizionuna keçəcək. UEFA-nın Millətlər Liqasının qrup mərhələsində püşkatma isə 2020-ci il martın 3-də Amsterdamda (Hollandiya) keçiriləcək.

UEFA-nın İcraiyyə komitəsi eləcə də Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına seçimin yeni formatını təsdiqləyib. Mundialda 13 Avropa yığması iştirak edəcək ki, bunlardan onu seçmə mərhələnin qalibi olacaq. Dünya çempionatına daha 3 vəsiqənin taleyini isə seçmə mərhələdə ikinci yeri tutan 10 komanda, eləcə də UEFA-nın Millətlər Liqasının birbaşa mundiala və ya seçmə mərhələsinə birbaşa çıxa bilməyən iki ən yaxşı komandası arasında keçirilən oyunlar müəyyən edəcək.

2022-ci ildə futbol üzrə dünya çempionatının final mərhələsi Qətərdə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər lenti
0