21:52 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
39 0 0

Bu gün başa çatan XII turda Qurban Qurbanovun komandası rəqib meydanında “Sumqayıt”a uduzsa da (1:2), onların ən yaxın izləyicisi “Keşlə” də məğlub olub

BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Premyer Liqasının qış çempionu bəlli olub.  

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkə birinciliyində fasiləyə iki tur qalmış “Qarabağ” liderliyi təmin edib. 

Qarabağ - APOEL matçından epizod
© REUTERS / YIANNIS KOURTOGLOU

Belə ki, bu gün başa çatan XII turda Qurban Qurbanovun komandası rəqib meydanında “Sumqayıt”a uduzsa da (1:2), onların ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. 

Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda səfərdə “Zirə” ilə bacarmayıb - 1:3.  

Bununla da fasiləyə iki tur qalmış aradakı 8 xallıq fərq dəyişməyib.  

Hərçənd son turda “Qəbələ”yə qalib gələn (4:1) və “Keşlə”dən ikinciliyi alan “Neftçi”nin “Qarabağ”a çatmaq imkanı olsa da, şəxsi oyunlardakı (2:0, 0:0) üstünlük ağdamlıların ili birinci pillədə başa vuracağını dəqiqləşdirir. 

Maraqlıdır ki, bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudu. 

Rekord isə “Neftçi”yə məxsusdu. Bakılılar 8 dəfə yeni ili lider kimi qarşılayıb.

Əsas mövzular