Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Katalonlar imkan versə, "El Klassiko" bu vaxtda baş tutacaq

© AP Photo / Daniel Ochoa de Olza"Barselona"nın hücumçusu Lionel Messi və Madrid "Real"ının müdafiəçisi Serxio Ramos
Barselonanın hücumçusu Lionel Messi və Madrid Realının müdafiəçisi Serxio Ramos - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınmışdı.

BAKI, 14 noyabr — Sputnik. İspaniya La Liqasının 10-cu turundan təxirə salınan "Barcelona" - "Real" oyununun saatı açıqlanıb.

Sputnik Azərbaycan La Liqanın rəsmi "twitter" səhifəsinə istinadən xəbər verir ki, dekabrın 18-nə təyin olunan "El Klassiko" Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınmışdı.

Qeyd edək ki, 1902-ci ildən bu yana baş tutan 242 "El Klassiko" qarşılaşmasında 95 dəfə "Real Madrid", 96 dəfə isə "Barcelona" klubu sevinən tərəf olub. Klublar arasında keçirilən 51 görüş isə sülhlə bitib.

Xəbər lenti
0