CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşqçini söyən Ronaldu barədə qərar verildi - VİDEO

© REUTERS / MASSIMO PINCAКриштиану Роналду
Криштиану Роналду  - Sputnik Azərbaycan
Abunə olmaq
Sarri oyundan sonra deyib ki, Ronaldu dizində zədə ilə matça çıxıbmış, buna görə də zədəsinin daha da artmasını istəmədiyindən hücumçunu əvəzləyib

BAKI, 12 noyabr — Sputnik. Turinin "Yuventus" klubu Kriştianu Ronalduya İtaliya çempionatında "Milan"a qarşı keçirilən oyunda əvəz olunduqda göstərdiyi reaksiyaya görə cəza verməyəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Goal.com yazıb.

Məlumata görə, klubun qaydalarına uyğun olaraq Ronaldu hərəkətinə görə böyük məbləğdə cərimələnməliydi. Ancaq "Yuve"nin rəhbərliyi portuqaliyalını cəzalandırmaq istəməyib.

​Hücumçu meydanı oyunun 55-ci dəqiqəsində tərk edib. Baş məşqçi Maurisio Sarrinin yanından keçərkən onu söyüb, əl vermədən birbaşa soyunub-geyinmə otağına gedib. Üstəlik, oyun bitməmiş stadionu da tərk edib.

Sarri isə oyundan sonra deyib ki, Ronaldu dizində zədə ilə matça çıxıbmış, buna görə də zədəsinin daha da artmasını istəmədiyindən hücumçunu əvəzləyib.

Ronaldunun əvəzinə meydana Paulo Dibala çıxıb və "Yuventus"un yeganə qələbə qolunu vurub.

​Noyabrın 7-də Ronaldu Çempionlar Liqasında Moskva "Lokomotiv"i ilə oyunun 82-ci dəqiqəsində əvəzlənmişdi. Həmin vaxt da portuqaliyalı forvard məşqçiyə açıqlanmışdı.

Kriştianu Ronaldu beş "Qızıl top"un sahibidir. O, beş dəfə Çl-in, Portuqaliya millisi ilə isə bir dəfə Avropa çempionatının qalibi olub.

Xəbər lenti
0