10:16 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
UEFA-nın topu

Çempionlar Liqası: “Qalatasaray”ın taleyi öz əlindədir

© AFP 2019 / FRANCK FIFE
İDMAN
Qısa URL
13 0 0

Daha 4 klub vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirmək imkanına malikdir. Bunlar “Atletiko”, “Bavariya”, “Yuventus” və “Mançester Siti”dir

BAKI, 6 noyabr — Sputnik. Bu gün Çempionlar Liqasında IV tura yekun vurulacaq. A, B, C və D qruplarında 8 oyun keçiriləcək.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Real”ın qonağı olacaq. A qrupunun autsayderi olan İstanbul təmsilçisi 1/8 final şansını qorumaq üçün mütləq xal qazanmalıdır. Məğlubiyyət “sarı-qırmızılar”ın Çempionlar Liqasında yoluna davam etmək şansının üstündən xətt çəkəcək.

Qrupun lideri PSJ “Brügge”ni məğlub etsə, 1/8 finalda iştirak hüququna yiyələnəcək. Parislilərə heç-heçə də kifayət edə bilər. Bunun üçün “Qalatasaray” qalib gəlməməlidir.

Daha 4 klub vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirmək imkanına malikdir. Bunlar “Atletiko”, “Bavariya”, “Yuventus” və “Mançester Siti”dir.

Sonuncular “Atalanta” ilə görüşdə qazanılacaq 3 xalla bunu rəsmiləşdirməlidir. “Bavariya”ya da “Olimpiakos”u yenməklə mərhələ adlayacaq. Hər iki komanda heç-heçə ilə 1/8 finala yüksəlməsi də mümkündür. Lakin bunun üçün qrupun digər görüşünün nəticəsi önəmlidir. D qrupunda isə “Atletiko” “Bayer”lə, “Yuventus” “Lokomotiv”lə səfər matçında uğur əldə etməlidir.

Qeyd edək ki, IV turun digər 8 oyunu noyabrın 6-da baş tutub.

Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

7 noyabr

A qrupu

00:00. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

00:00. PSJ (Fransa) – “Brügge” (Belçika)

B qrupu

21:55. “Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)

00:00. “Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə)

C qrupu

00:00. “Dinamo” (Z, Xorvatiya) – “Şaxtyor” (Ukrayna)

00:00. “Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə)

D qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya)

00:00. “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)

 

Əsas mövzular