04:40 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Televizora baxır, arxiv şəkli

AVRO-2020-nin oyunları bu kanallarda yayımlanacaq

CC0 / wilkernet / woman
İDMAN
Qısa URL
25 0 0

Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb

BAKI, 5 noyabr — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Bu haqda Sputnik Azərbaycan-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti məlumat verib. 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

Əlaqədar

"Qarabağ"ın oyunçusu Avroliqanın 5 ən güclü futbolçusu sırasında
Fotoları ilə "Instagram"ı silkələyən İrina prezident oldu
AVRO-2020: Milli komandalar harada oynayacaqlar?
ADPU-nun tələbələri "AVRO-2020 Könüllülük Proqramı" haqqında məlumatlandırıldılar
Azərbaycanlı futbolçu komanda yoldaşına söz atdı

Əsas mövzular