05:37 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Futbolçu Ramil Şeydayev

Azərbaycanın ən bahalı futbolçusu uğursuzlar siyahısında

© Sputnik / Mikhail Shapayev
İDMAN
Qısa URL
1147 0 0

"Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündür olsa da, zəif təsir bağışlayıb və heç bir oyunda fərqlənə bilməyib

BAKI, 5 noyabr — Sputnik. Rusiya Premyer Liqa klublarında uğursuz transferlərin siyahısı açıqlanıb.

Sputnik Azərbaycan "soccer.ru" saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu da yer alıb. Yayda azad agent kimi Moskva "Dinamo"suna keçən 23 yaşlı hücumçunun ümidləri doğrultmadığı bildirilib: "Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Şeydayevi oynadırdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündürdür, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç bir qol vura bilmədi".

Qeyd edək ki, siyahıya Malkom ("Zenit"), Maksimilian Filipp ("Dinamo"), Quus Til ("Spartak"), Tonni Vilyena ("Krasnodar"), Reziuan Mirzov ("Spartak"), Kayo ("Krasnodar"), Elmir Nabiullin ("Soçi"), Lukas Santos (SSKA) və Andre Şürrle ("Spartak") daxil olub.

Əsas mövzular