04:41 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Türkiyə polisi, arxiv şəkli

Klubun hesabatında "ara qarışdı, məzhəb itdi" - VİDEO

© AP Photo / Emre Tazegul
İDMAN
Qısa URL
11 0 0

Klub prezidentinə ünvanlanan "2 il öncə klubun borcu 8 milyon lirə olduğu halda, bu qısa müddətdə 240 milyona necə çatıb?" sualı rəhbərliyi özündən çıxarıb

BAKI, 1 noyabr — Sputnik. Türkiyə Superliqasında çıxış edən "Ankaragücü" futbol klubunun idarə heyətinin növbəti hesabatı zamanı biabırçı hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, klub nümayəndəsi Əli İhsan Mutlu çıxışı zamanı "Ankaragücü"nün prezidenti Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib. Klub prezidentinə ünvanlanan "2 il öncə klubun borcu 8 milyon lirə olduğu halda, bu qısa müddətdə 240 milyona necə çatıb?" sualı rəhbərliyi özündən çıxarıb.

Bundan hiddətlənən klub prezidenti ayağa qalxaraq Əli İhsanı təhqir edib. Daha sonra isə digər klub nümayəndələri onun üzərinə cumaraq yumruq və təpiklə vurublar. Mühafizə xidmətinin müdaxiləsindən sonra Əli İhsan salondan çıxarılıb.

Əsas mövzular