Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan taeokvondoçuları ümumilikdə 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 8 medal qazanıblar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr - Sputnik. Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları Rusiya Federasiyasında keçirilən Beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin Respublikanın Əməkdar məşqçisi Vüqar Sultanovdan əldə etdiyi məlumata əsasən, 25-28 oktyabr tarixlərində Rusiyanın Tolyatti şəhərində “Nepobedimaya Derjava” V Beynəlxalq Döyüş növləri Spartakiadası çərçivəsində keçirilən Beynəlxalq Taekvondo üzrə yarışda Azərbaycanı təkcə Lənkəran taekvondoçuları təmsil ediblər.

© © Lənkəran Uşaq Gənclər İdman Şahmat MəktəbiLənkəran taekvondoçuları Beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər
Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər - Sputnik Azərbaycan
Lənkəran taekvondoçuları Beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər

Turnirdə  minə yaxın idmançı iştirak edirdi. Taeokvondoçularımız ümumilikdə 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 8 medal qazanıblar. Yarışda 27 kiloqram çəki dərəcəsində Əli Əliyev 1-ci, 51 kiloqram çəki dərəcəsində Yusif Qurbanov 2-ci, 48 kiloqram çəki dərəcəsində  Əli Tağızadə 2-ci, 45 kiloqram çəki dərəcəsində Taleh Həbibli 2-ci, 30 kiloqram çəki dərəcəsində Ümid Rəhimzadə 3-cü, 57 kiloqram çəki dərəcəsində Yusif Abbasəlizadə 3-cü, 49 kiloqram çəki dərəcəsində Fərid Əliyev 3-cü, 44 kiloqram çəki dərəcəsində Suzanna Babazadə 3-cü yerə çıxıblar.

© © Lənkəran Uşaq Gənclər İdman Şahmat MəktəbiLənkəran taekvondoçuları Rusiyada 8 medal qazandı
Lənkəran taekvondoçuları beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil ediblər - Sputnik Azərbaycan
Lənkəran taekvondoçuları Rusiyada 8 medal qazandı

Məlumat üçün bildirək ki, idmançılarımız turnirə əməkdar məşqçi Vüqar Sultanov və Lənkəran UGİŞM-in məşqçisi İmran Əliyevin başçılığı altında yollanıblar.

Xəbər lenti
0