CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" ürəkləri yerindən oynatdı, amma...

© Sputnik / Murad OrujovМатч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским "Карабахом" и кипрским АПОЭЛ
Матч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и кипрским АПОЭЛ - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə qələbə qazanan təmsilçimiz Bakıda uduzaraq ÇL-dən kənarda qalmışdı

BAKI, 24 oktyabr — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

Sputnik Azərbaycan bildirir ki, Ağdamın "Qarabağ" klubu da bu gün növbəti matçına çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada "süvari"lərin qonağı Kiprin APOEL komandası olub.

Oyun 2:2 hesabı ilə başa çatıb. 

© REUTERS / AZIZ KARIMOVAilton Silva Kipr APOEL-inə vurduğu qolu qeyd edir
Qarabağ ürəkləri yerindən oynatdı, amma... - Sputnik Azərbaycan
Ailton Silva Kipr APOEL-inə vurduğu qolu qeyd edir

Qolları Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2) və Ailton, 59 (2:2) vurublar.

Xatırladaq ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı

Xəbər lenti
0