CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ"ı Çempionlar Liqasına buraxmayanlar Bakıya gəlirlər

© Sputnik / Murad OrujovФанаты "Карабаха", фото из архива
Фанаты Карабаха, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədikləri qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

BAKI, 17 oktyabr — Sputnik. "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL klubunu qəbul edəcək.

Общий вид, как дрон пролетает над полем, прерывая матч между люксембургским Дюделанжем и азербайджанским Карабахом  - Sputnik Azərbaycan
SİYASƏT
"Qarabağ"ın oyununda təxribata görə səfirə tapşırıq verildi

Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 24-də baş tutacaq oyuna biletlər bu gün satışa çıxarılacaq.

Ağdam klubunun rəsmi "Facebook" səhifəsində biletlərin qiymətinin sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN olacağı bildirilib.

Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədikləri qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:55-də başlayacaq.

Xatırladaq ki, iki turdan sonra Qurban Qurbanovun komandası qrupda 3 xalla ikinci yerdə qərarlaşıb. Kipr təmsilçisi hər iki oyunda məğlubiyyətlə barışmalı olub.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Kipr APOEL-ini (2:1, 0:2) keçə bilmədiyindən çıxışını Avropa Liqasında davam etdirir.

Xəbər lenti
0