Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Altıncı, yoxsa birinci: Macarıstanda növbəti sınaq

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisi
Futbol üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb

BAKI, 13 oktyabr – Sputnik. Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, rəqib Macarıstan millisi olacaq.

Матч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским Карабахом и североирландским Линфилдом - Sputnik Azərbaycan
İDMAN
Futbol mütəxəssisləri "Qarabağ"ın şansı barədə - Hamı nikbindir

Budapeştdəki "Groupama Arena"da təşkil olunacaq qarşılaşmanı Dennis Yohan Higlerin rəhbərliyi altında hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb. Üstəlik, rəqib ən azı 3 qol vurub. DÇ-1998-in seçmə mərhələ matçlarında Azərbaycan evdə 0:3, səfərdə 1:3, AVRO-2020-nin seçmə oyunlarında evdə 0:4, səfərdə 0:3, cari seçmə tsikldə isə evdə 1:3 hesabı ilə uduzub.

Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb. Nikola Yurçeviçin baş məşqçi olduğu kollektiv yalnız qələbə təqdirində qrupda son pillədən qurtulmaq baxımından böyük addım atacaq. Yerli komandaya isə AVRO-2020-nin final mərhələsinə vəsiqə şanslarını qorumaq üçün mütləq qələbə lazımdır.

Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasından Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidir. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı matça məhz Qarayev kapitan sarğısı ilə çıxaracaq.

Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə stadionun azarkeşlərə irqçi davranışları səbəbindən qapadılmasıdır. Bu səbəbdən, matç zamanı tribunalarda yalnız 14 yaşadək 15 minədək uşaq iştirak edəcək.

Xəbər lenti
0