08:49 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nikola Yurçeviç, arxiv şəkli

Yurçeviçin də üzü güldü

© AFP 2019 / GEOFF CADDICK
İDMAN
Qısa URL
6510

Oktyabrın 13-də Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasının qonağı olacaq

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Futbol üzrə Azərbaycan yığma komandası yoldaşlıq görüşündə Bəhreyn millisini 2:3 hesabı ilə məğlub edib.

Sputnik Azırbaycan bildirir ki, oyunda hesab 31-ci dəqiqədə ev sahibinin oyunçusu Abdulvahab Rahmanın sayəsində açılıb. Bundan 10 dəqiqə sonra Bəhreyn millisinin müdafiəsi "büdrəyib" və Rüfət Dadaşov hesabı bərabərləşdirib.

Görüşün ikinci hissəsinə Nikola Yurçeviçin yetirmələri daha əzmli başlayıblar. Təmkin Xəlilzadə 62-ci dəqiqədə müdafiəçiləri yararaq qapıçını məyus edə bilib. Ev sahibinin səbri cəmi 6 dəqiqəyə çatıb: bu dəfə Casim Əhmədin sayəsində hesab yenidən bərabərləşib.

Oyunun 70-ci dəqiqəsində isə Ramil Şeydayev Eddi İsrafilovun dəqiq ötürməsini rəqibin boş qapısından keçirərək komandamızın 3-cü, qələbə qolunu vurub.

Xatırladaq ki, oktyabrın 13-də Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasının qonağı olacaq. Nikola Yurçeviçin yetirmələri "E" qrupunda cəmi 1 xalla sonuncu yerdə qərarlaşıblar.

Əsas mövzular