Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: “Barselona”dan əzmkar qələbə

© AFP 2023 / LLUIS GENEАргентинский форвард "Барселоны" Лионель Месси (справа) с уругвайским форвардом "Барселоны" Луисом Суаресом радуется забитому голу в матче испанской футбольной лиги против "Реал Сосьедад" на стадионе "Камп Ноу" в Барселоне
Аргентинский форвард Барселоны Лионель Месси (справа) с уругвайским форвардом Барселоны Луисом Суаресом радуется забитому голу в матче испанской футбольной лиги против Реал Сосьедад на стадионе Камп Ноу в Барселоне - Sputnik Azərbaycan
Abunə olmaq
Günün mərkəzi qarşılaşması “Nou Kamp”da baş tutub. “Barselona” “İnter”i qəbul edib. Qonaqlar erkən qol vursalar da, kataloniyalılar Luİs Suaresin dublu ilə ilk qələbəsini qazanıb

BAKI, 3 oktyabr — Sputnik. Çempionlar Liqasında qrup mərhələsinin ikinci turu başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, turun ikinci oyun günündə 8 matç keçirilib.

Çempionlar Liqası yeni topu - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqası: “Ölüm qrup”larında gözlənilməz nəticələr

E, F, G və H qruplarında mübarizə aparan komandalar ikinci qarşılaşmalarına çıxıblar. Yalnız Hollandiya “Ayaks”ı startda ardıcıl 2-ci qələbəni bayram edə bilib. Portuqaliya “Benfika”sı isə ikinci dəfə məğlub olub.

Günün mərkəzi qarşılaşması “Nou Kamp”da baş tutub. “Barselona” “İnter”i qəbul edib. Qonaqlar erkən qol vursalar da, kataloniyalılar Luİs Suaresin dublu ilə ilk qələbəsini qazanıb.

Günün ən məhsulda matçı “Enfild Roud”da oynanılıb. “Liverpul” ilk yarıda qazandığı üç qolluq üstünlüyü əldən versə də, sonda “Zalsburq”un müqavimətini qıra bilib.

Qeyd edək ki, III turun oyunları oktyabrın 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

E qrupu

20:55. "Genk" (Belçika) - "Napoli" (İtaliya) - 0:0

23:00. "Liverpul" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 4:3

F qrupu

20:55. Slaviya" (Praqa, Çexiya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 2:1

G qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Lion" (Fransa) - 0:2

23:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 3:1

H qrupu

23:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2

23:00. "Valensiya" (İspaniya) - "Ayaks" (Hollandiya) - 0:3

Xəbər lenti
0