16:48 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
 Qarabağ klubu Sevilya komandası ilə görüşüb

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə uğursuz başladı

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
37 0 0

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsindəki ilk qarşılaşmasındakı çıxışında ümidləri doğrultmayıb

BAKI, 19 sentyabr - Sputnik. UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu bu gün ilk oyununa çıxıb. 

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya" komandasını qəbul edib. Görüşün ilk yarısında qapılara top vurulmayıb - 0:0.

İkinci hissədə "Sevilya" hesabı açıb. 62-ci dəqiqədə Ernandes fərqlənib - 0:1. 78-ci dəqiqədə Munir hesab arasındakı fərqi artırıb - 0:2. 85-ci dəqiqədə isə Oliver Torres hesabı biabırçı həddə çatdırıb - 0:3. 

Oyun bu hesabla başa çatıb.

Əsas mövzular